Sentyabr ayında bəzi bürclər üçün gözləntilərlə reallıqların toqquşduğu bir dövr yarana bilər.
Demokrat.az xəbər verir ki, astroloji təhlillərə görə, xüsusilə Buğa, Şir, Oğlaq, Dolça və Balıq bürcləri sevgi, pul, karyera və gələcək planları ilə bağlı bəzi həqiqətlərlə üzləşə bilərlər.
Sentyabrda dörd planetin geriyə hərəkəti, Qız bürcündə yeni ay, Tərəzi bürcündə payız bərabərliyi və Qoç bürcündə bütöv ay bir çox bürcün həyatındakı planları yenidən nəzərdən keçirməsinə səbəb ola bilər. Gözlənilən maliyyə inkişafının baş verməməsi, layihənin umulduğu kimi irəliləməməsi və ya güvənilən şəxsdən gözlənilən qarşılığın alınmaması mümkündür.
Buğa
Buğa bürcləri üçün sabitlik və güvən böyük əhəmiyyət daşıyır. Sentyabr ayında uzun müddətdir güvəndikləri bəzi şeylərin düşündükləri qədər möhkəm olmadığını fərq edə bilərlər. Yaşanan xəyal qırıqlığı onların güvən hissini sarsıtsa da, bu proses görünüşdəki güvənlə real sabitlik arasındakı fərqi görmələrinə kömək edə bilər.
Şir
Şirlər sentyabr ayında göstərdikləri səylərin gözlədikləri diqqəti görmədiyini hiss edə bilərlər. Böyük həvəslə həyata keçirdikləri bir layihə lazımi diqqəti cəlb etməyə və ya ətrafındakılar onların əməyini istədikləri səviyyədə qiymətləndirməyə bilər. Bu vəziyyət Şirləri “Niyə diqqət çəkmirəm?” sualını düşünməyə vadar edə bilər. Yaşananlar onlar üçün həqiqətən görünmək istədiklərini, yoxsa sadəcə təqdir edilməyə ehtiyac duyduqlarını anlamaq baxımından bir fürsətə çevrilə bilər.
Oğlaq
Oğlaqlar sentyabr ayında çox çalışmağın hər zaman gözlənilən nəticəni vermədiyini görə bilərlər. Uzun müddət əmək verdikləri işin lazımi təqdiri gətirməməsi, karyera irəliləyişinin zəifləməsi və ya güvəndikləri nüfuzlu şəxsin onları məyus etməsi mümkündür. Bu dövr Oğlaqlara üzərlərinə götürdükləri hər məsuliyyətin həqiqətən onlara aid olmadığını göstərərək, enerjilərini daha çox əhəmiyyət verdikləri hədəflərə yönəltməyə imkan verə bilər.
Balıq
Balıqlar üçün sentyabr ayında xəyallarla reallıqlar arasındakı fərq daha aydın görünə bilər. Bir insanın düşündükləri qədər romantik və ya dərin olmadığını anlamaq, böyük ümidlərlə başlanılan layihənin gözlənilən nəticəni verməməsi və ya mənəvi gözləntilərin qarşılığını tapmaması xəyal qırıqlığı yarada bilər. Lakin bu proses Balıqlar üçün yalnız itki demək deyil. Onlar xəyal etdikləri ilə həqiqətən ehtiyac duyduqları şey arasındakı fərqi görə və bəzi xəyalların reallaşmaq əvəzinə dəyişməli olduğunu qəbul edə bilərlər.
Dolça
Plutonun Dolça bürcündəki geriyə hərəkəti bu bürcün nümayəndələrini ətraflarındakı qrupları, layihələri və öz dəyərlərini yenidən qiymətləndirməyə sövq edə bilər. Bir qrupun müdafiə etdiyi dəyərlərə əslində sadiq olmadığını görmək, böyük dəyişiklik yaradacağını düşündükləri layihənin gözləntilərdən zəif qalması və ya prinsipləri ilə ziddiyyət təşkil edən güzəştə getmək xəyal qırıqlığı yarada bilər. Bu təcrübələr Dolçaları öz dəyərləri və seçimləri barədə daha ciddi düşünməyə vadar edə bilər.


