Texnologiya Özəl

Amerikada əsgərlərə GTA 6 oynasınlar deyə 4 günlük məzuniyyət verildi

Amerikada əsgərlərə GTA 6 oynasınlar deyə 4 günlük məzuniyyət verildi

ABŞ ordusu gənclərin diqqətini çəkmək və xidmət müddətini uzatmaq üçün fərqli bir üsluba əl atıb. Corciya ştatında yerləşən Fort-Stüart bazasının komandanlığı əsgərlərə dünyada milyonlarla insanın yolunu gözlədiyi "Grand Theft Auto VI" oyununu oynamaq üçün xüsusi məzuniyyət təklif edib.

Sosial şəbəkələrdə geniş müzakirə olunan sənədin həqiqiliyini hərbi rəsmilər də təsdiqləyiblər. Təşəbbüs bazadakı 9-cu Mühəndis Batalyonunun komandiri Rayan Hodqson tərəfindən irəli sürülüb. Hərbi hissənin daxili həvəsləndirmə proqramına əsasən, xidmət müqaviləsini azı 2 il müddətinə uzadan hər bir hərbi qulluqçu 4 günlük ödənişli icazə hüququ qazanır.

Bu xüsusi icazənin tarixi oyunun rəsmi satışa çıxacağı günlə üst-üstə düşür. Hərbi rəhbərlik bildirir ki, müasir dövrdə gənc əsgərlərin maraq dünyasını nəzərə almaq lazımdır. Orduda qalmaq üçün təkcə pul mükafatları deyil, bu kimi fərqli və diqqətçəkən addımlar da müsbət nəticə verir.

Analitiklər hesab edir ki, hərbi komandanlığın belə bir addım atması orduda kadr qıtlığını aradan qaldırmaq məqsədi daşıyır. Oyun dünyasının populyarlığından istifadə edən baza rəhbərliyi artıq bir çox gənc əsgərin müqaviləni yeniləməyə maraq göstərdiyini qeyd edir.

Demokrat.az

D
demokrat.az