Dünya Özəl

FETÖ-ya qarşı əməliyyat: Kamal Batmazın qızı saxlanıldı

FETÖ-ya qarşı əməliyyat: Kamal Batmazın qızı saxlanıldı

FETÖ/PDY terror təşkilatının cari fəaliyyətlərinin deşifrə edilməsinə yönəlmiş istintaq çərçivəsində İstanbul və Muğlada əməliyyat keçirilib.

Demokrat.az xəbər verir ki, İstanbulda 3, Muğlada isə 1 ünvanda axtarış və müsadirə tədbirləri həyata keçirilib.

Əməliyyat nəticəsində 15 iyul çevriliş cəhdinin əsas məkanlarından biri olan Akıncı aviabazasında saxlanılan təşkilatın mülki imamı Kamal Batmazın qızı Esma Batmaz, həmçinin Qanun Hökmündə Fərmanla (KHK) vəzifəsindən uzaqlaşdırılmış keçmiş hakim və prokuror Bilal Köseoğlunun qızı Hilal Köseoğlu saxlanılıb.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən FETÖ/PDY silahlı terror təşkilatının cari fəaliyyətlərinin müəyyənləşdirilməsi məqsədilə aparılan istintaq çərçivəsində səhər saatlarında İstanbulda 3, Muğlada isə 1 ünvana əməliyyat keçirilib.

Əməliyyatın İstanbul mərhələsində Akıncı aviabazasında saxlanılan təşkilatın mülki imamı Kamal Batmazın qızı Esma Batmaz nəzarətə götürülüb.

Muğladakı əməliyyat zamanı isə Ankara Ədliyyəsində hakim və prokuror vəzifəsində çalışdığı dövrdə KHK ilə vəzifəsindən uzaqlaşdırılan və hazırda Muğla E Tipi Qapalı Cəzaçəkmə Müəssisəsində saxlanılan Bilal Köseoğlunun qızı Hilal Köseoğlu yaxalanıb.

Jalə Demokrat.az

D
demokrat.az