Səhər saatlarından etibarən Yevlaxda da məntəqələrdə seçicilərin aktivliyi müşahidə edilib.
Demokrat.az xəbər verir ki, 48 saylı Yevlax seçki dairəsinin 35 min seçicisi 31 məntəqədə səs verəcək.
Rayon ərazisində yerləşən məntəqələrdə seçkiləri 392 yerli, 4 beynəlxalq müşahidəçi izləyir. 13 saylı məntəqədə ilk səs verən seçici 73 yaşlı Mirismayıl Seyidov seçici məntəqədə ilk səs verən seçici olaraq hədiyyə qazanıb.
Məntəqə sədri sakinə hədiyyəni təqdim edib. Xarici müşahidəçi Əli Hüseynov Rusiyanın Saratov şəhərindən gəldiyini bildirib:
“Seçkinin gedişini yüksək dəyərlənirirəm, hər şey Azərbaycan Respublikasının qanunlarına uyğun gedir, insanlar heç bir problem yaratmadan öz vətəndaşlıq borclarını yerinə yetirirlər, seçici aktivliyi normaldır”.(Yeniavaz.com)


