Dünya

Ermənistanda hərbçi xidmət yoldaşını güllələdi

Ermənistanda hərbçi xidmət yoldaşını güllələdi

Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrindən birində ölüm hadisəsi baş verib.

Demokrat.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, hadisə hərbçilər arasında yaranan mübahisə zamanı baş verib.

Məlumata görə, münaqişə zamanı çağırışçılardan biri ona verilmiş xidməti silahdan digər hərbçiyə atəş açıb. Nəticədə güllə yarası alan əsgər hadisə yerində həyatını itirib.

Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır. Ermənistan Müdafiə Nazirliyi isə insident barədə hələlik rəsmi açıqlama yaymayıb.

Qeyd edək ki, 2026-cı ilin əvvəlindən Ermənistan ordusunda 10-dan çox hərbi qulluqçunun öldüyü bildirilir. Onlardan ən azı beşinin müddətli həqiqi hərbi xidmət keçən əsgərlər olduğu qeyd edilir.

Jalə Demokrat.az

D
demokrat.az