Avto Özəl

27 min BMW geri çağırılır — Pulsuz təmir edəcəklər

27 min BMW geri çağırılır — Pulsuz təmir edəcəklər

Alman avtomobil nəhəngi BMW Amerika Birləşmiş Ştatlarında 27 mindən çox lüks sedan modelini geri çağırır.

Demokrat.az xəbər verir ki, qərar val bağlantısındakı yeyilmə problemi ilə bağlıdır. Nasazlıq arxa təkərlərə güc ötürülməsini kəsə bilər. Əl tormozu çəkilmədən saxlanılan avtomobillərin diyirlənmə riski yaranır.

Problemlə üzləşən modellər 2021-2026-cı illərdə istehsal edilən 5, 7 və 8 seriyalı avtomobillərdir.

Hərəkət valının arxa diferensiala bağlandığı nöqtə gözləniləndən tez sıradan çıxır. Nəticədə mühərrik işlək halda olsa belə, arxa təkərlərə güc ötürülməsi anidən dayana bilər. Avtomobil park rejimində olarkən bağlantının qopması və əl tormozunun çəkilməməsi maşının meylli ərazidə hərəkət etməsinə gətirib çıxarır.

Şirkət hələlik bu səbəbdən hər hansı qəza və ya xəsarət faktının qeydə alınmadığını bildirir.

Mütəxəssislər nasazlığın özünü əvvəlcədən bəzi əlamətlərlə büruzə verdiyini diqqətə çatdırırlar. Sürücülər sürətlənmə zamanı titrəmə, arxa hissədən gələn taqqıltı səsləri və ya güc itkisi hiss edə bilərlər.

Səlahiyyətli servis mərkəzləri avtomobillərin val-diferensial bağlantılarını ödənişsiz yoxlayacaq. Problemin dərəcəsindən asılı olaraq bağlantı nöqtəsi xüsusi yapışqanla möhkəmləndiriləcək və ya hissələr tamamilə yenisi ilə əvəzlənəcək. Sürücülərə təmir tamamlanana qədər avtomobili park edərkən mütləq əl tormozundan istifadə etmək tövsiyə olunur.

Demokrat.az

D
demokrat.az