Mədəniyyət Özəl

Birol Akgün: Ahıska türklərinin hekayəsi yalnız sürgünün deyil, müqavimətin və həmrəyliyin hekayəsidir

Birol Akgün: Ahıska türklərinin hekayəsi yalnız sürgünün deyil, müqavimətin və həmrəyliyin hekayəsidir

“Ahıska türkləri 1944-cü ildə ata yurdlarından qopardılaraq Mərkəzi Asiyanın müxtəlif bölgələrinə sürgün olundu. Minlərlə insan bu çətin yolçuluq zamanı həyatını itirdi. Ailələr parçalandı. İnsanlar evlərindən, yurdlarından uzaq düşdülər.

Lakin Ahıska türkləri qarşılaşdıqları bütün çətinliklərə baxmayaraq dillərini, mədəniyyətlərini, ənənələrini və mənsubiyyətlərini qorumağı bacardılar. Bu baxımdan onların hekayəsi yalnız bir sürgünün deyil, eyni zamanda müqavimətin, həmrəyliyin və güclü tarixi yaddaşın hekayəsidir”

Demokrat.az xəbər verir ki, bu fikirləri “Ahıska Türkləri İtirilmiş Sürgünün İzində” sərgisinin açılış mərasimində Türkiyənin Bakıdakı səfiri Birol Akgün deyib.

Onun sözlərinə görə, sərginin ötən iyun ayında İstanbul Atatürk Mədəniyyət Mərkəzində Xarici İşlər Nazirimiz cənab Hakan Fidanın iştirakı ilə reallaşan rəsmi açılışından sonra bugün Bakıda ziyarətçilərlə görüşməsini son dərəcə əhəmiyyətlidir:

“Sərgi İstanbul və Bakıdan sonra Ahıska türklərinin sürgün olunmasının 82-ci ildönümü olan 14 noyabr 2026-cı il tarixində bu dəfə Ankarada, paytaxtımızda, tarixi Ankara dəmir yolu vağzalında ziyarətçilərlə görüşəcək. Sərginin 2027-ci ildə isə müxtəlif ölkələrdə nümayiş olunması nəzərdə tutulur.

Bu gün Ahıska türklərinin tarixini və hafizəsini anladan bu sərgiyə ev sahibliyi etməsi, Türk dünyasının ortaq hafizəsinə sahib çıxmaq iradəmizin də güclü bir göstəricisidir.

Keçmişin acılarını xatırlamaq, keçmişdə yaşamaq mənasına gəlməz, əksinə tarixi hafizəni qorumaq, bənzər acıların yenidən yaşanmaması üçün gələcək nəsillərə qarşı daşımaqda olduğumuz ortaq bir məsuliyyətdir.

Ahıska türklərinin yaşadıqlarının unudulmaması və gələcək nəsillərə ötürülməsi də bu məsuliyyətin mühüm bir hissəsidir”, - deyə Birol Akgün fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az