Şou-biznes Özəl

"Tuzlu Kahve"nin ssenaristinin Afra və Berenlə ailə bağı olduğu iddia edilir

Tuzlu Kahvenin ssenaristinin Afra və Berenlə ailə bağı olduğu iddia edilir

Televiziya dünyasının yeni layihələrindən olan “Tuzlu Kahve” serialının ssenaristi Ece Yosmaoğlu haqqında ortaya çıxan iddia maqazin gündəminə düşüb.

Demokrat.az xəbər verir ki, Yosmaoğlunun aktrisa Afra Saraçoğlunun gələcək baldızı olduğu, həmçinin Beren Saat ilə keçmişdən gələn ailə əlaqəsinin olduğu irəli sürülüb.

İddiaya görə, Yosmaoğlu Afra Saraçoğlunun sevgilisi Mert Ramazan Demirin ailəsi ilə əlaqəli şəxsdir. Bu səbəbdən Saraçoğlunun Demirlə evlənməsi halında Yosmaoğlunun onun gələcək baldızı olacağı iddia edilir.

Məlumatların yalnız mediada yayılan iddialara əsaslandığı və sözügedən ailə əlaqəsi ilə bağlı rəsmi təsdiqin olmadığı bildirilir.

Ece Yosmaoğlu haqqında gündəmə gələn digər iddia isə onun Beren Saat ilə keçmiş ailə əlaqəsidir. İddiaya əsasən, Yosmaoğlu daha əvvəl Beren Saatın həyat yoldaşı Kenan Doğulunun ailəsindən biri ilə evli olub və bu səbəbdən Saatın keçmiş elti sayılır.

Əgər bu iddia doğrudursa, Yosmaoğlunun müxtəlif dövrlərdə həm Beren Saat, həm də Afra Saraçoğlu ilə ailə vasitəsilə əlaqəsinin olduğu ortaya çıxır.

Ece Yosmaoğlu son dövrdə “Tuzlu Kahve” layihəsinin ssenaristi kimi tanınır. Yeni serialla yanaşı, onun şəxsi həyatı ilə bağlı bu iddialar da maraq doğurub.

Hazırda sözügedən məlumatların iddia xarakterli olduğu və tərəflərin məsələ ilə bağlı rəsmi açıqlama vermədiyi bildirilir.

Jalə Demokrat.az

D
demokrat.az