Xəbər verdiyimiz kimi, Tovuzda VAZ markalı minik avtomobilinin idarəetmədən çıxaraq su kanalına aşması nəticəsində sürücü həlak olub.
Demokrat.az"qafqazinfo.az"a istinadən xəbər verir ki, qəzada vəfat edən sürücü, 1996-cı il təvəllüdlü Səid Həziyevin bu yaxınlarda elçiliyi olub.
Yaxın günlərdə gəncin nişan mərasimi baş tutmalı imiş.
Xatırladaq ki, avqustun 18-də Tovuz rayonunun Xatınlı kəndində VAZ-2107 markalı avtomobilin su arxına düşməsi nəticəsində sürücü ölüb.


Demokrat.az


