Hadisə Özəl

Bu küçədə avtomobillər üçün təhlükə yarandı — FOTO

Bu küçədə avtomobillər üçün təhlükə yarandı — FOTO

Yusif Vəzir Çəmənzəminli küçəsində avtomobillərin park etdiyi ərazidə çökəklik yaranıb.

Demokrat.az xəbər verir ki, ərazidəki çökəklik artıq aylardır mövcuddur. Sakinlərin sözlərinə görə, problem uzun müddətdir həll olunmadan qalır və ərazidə avtomobillər park edildiyi üçün çökəklik sürücülərin diqqətini çəkir.

Qeyd olunub ki, çökəklik avtomobillərin park etdiyi hissədə yerləşir. Bu səbəbdən nəqliyyat vasitələrinin həmin ərazidə saxlanılması zamanı sürücülər müəyyən çətinliklərlə üzləşə bilərlər. Mövcud vəziyyət xüsusilə çökəkliyin dərin olduğu hissələrdə avtomobillərin alt hissəsinin zədələnməsi riskini də yarada bilər.

Bu küçədə avtomobillər üçün təhlükə yarandı — FOTO

Sakinlər problemin uzun müddətdir mövcud olduğunu və ərazidə müvafiq təmir işlərinin aparılmasına ehtiyac yarandığını bildirirlər. Onların sözlərinə görə, çökəkliyin aradan qaldırılması həm park edən avtomobillər üçün yaranan narahatlığın, həm də mümkün təhlükənin qarşısını ala bilər.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlansa da, müraciət hələlik cavablandırılmayıb.

Fidan Hacızadə

D
demokrat.az