“Qala Sığorta” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçiriləcək.
İclas 18 sentyabr 2026-cı il saat 12:00-da şirkətin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, 221-ci məhəllə ünvanında yerləşən baş ofisində baş tutacaq.
Yığıncağın gündəliyinə iki məsələ daxil edilib.
Belə ki, iclasda “Qala Sığorta” ASC-nin 2026-cı ilin ilk 6 ayı üzrə maliyyə nəticələri müzakirə olunacaq.
Bundan əlavə, şirkətdə aparılmış beynəlxalq audit yoxlamasının nəticələrinin müzakirəsi nəzərdə tutulur.
İclasda iştirak edən səsvermə hüququna malik səhmdarların yekdil razılığı ilə gündəliyə digər məsələlər də daxil edilə bilər.


