Region

“Bu, Ankara üçün prioritet deyil” — Ərdoğan

“Bu, Ankara üçün prioritet deyil” — Ərdoğan

“Türkiyə Avropa İttifaqına (Aİ) üzvlüyü özünün əsas prioriteti hesab etmir”.

Bu sözləri müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğanın sözlərinə görə, Türkiyənin Aİ-yə üzv olmaması Avropa üçün daha böyük itki olacaq:

“Görünür, Avropa Türkiyənin Aİ-yə üzv olmasını istəmir. Bu, Ankara üçün prioritet deyil. Türkiyənin Aİ-də olmamasından məhz Avropa itirir”.

Qeyd edək ki, iyul ayında Avropa Parlamenti Türkiyəni 1974-cü ildə Kiprə müdaxilə zamanı insan hüquqlarını pozmaqda ittiham edən qətnamə qəbul edib.

Sənəd NATO-nun Ankarada keçirilən sammitindən qısa müddət sonra qəbul olunub və Türkiyə hakimiyyətinin sərt reaksiyasına səbəb olub.(Qafqazinfo.az)

Demokrat.az

D
demokrat.az