Şou-biznes Özəl

17 illik ərindən boşandı, özündən 10 yaş kiçik sevgili tapdı — FOTOLAR

17 illik ərindən boşandı, özündən 10 yaş kiçik sevgili tapdı — FOTOLAR

Məşhur aktrisa Cessika Alba 17 illik evliliyini bitirdikdən sonra uzun müddət tək qalmayıb. Üç uşaq anası olan 45 yaşlı ulduz hazırda özündən 10 yaş kiçik həmkarı Danni Ramirezlə münasibət yaşayır.

Demokrat.az xəbər verir ki, Cessika Alba ötən ilin əvvəlində üç övladının atası Kaş Varrenlə 17 illik evliliyinə son qoyaraq həyatına tək davam etmək qərarına gəlib. Aktrisa ayrılıqdan əvvəl verdiyi müsahibəsində həyat yoldaşı ilə münasibətlərinin artıq ehtiraslı sevgidən daha çox yaxın dostluğa bənzədiyini, onların eyni evdə yaşayan və birlikdə uşaq böyüdən iki insan olduğunu demişdi.

Lakin Alba ayrılıqdan sonra yeni sevgisini çox gözləməyib. Onun Danni Ramirezlə münasibəti 2025-ci ilin iyulunda birlikdə görüntülənmələrindən sonra gündəmə gəlib. Cütlük həmin ilin sonunda Baby2Baby qalasına birlikdə qatılaraq münasibətlərini təsdiqləyib.

Onların necə tanış olduqları məlum deyil. Həm Alba, həm də Ramirez münasibətləri barədə geniş açıqlama verməkdən çəkinir. Buna baxmayaraq, paparassilərin çəkdiyi və sosial şəbəkələrdə paylaşdıqları fotolar onların münasibətlərinin olduqca ciddi olduğunu göstərir.

Cütlük birlikdə tez-tez səyahət edir. Çimərliklərdə günəşlənir, birlikdə üzür və hətta qış aylarında belə isti ölkələrə gedirlər. Alba son olaraq sosial şəbəkədə "Avqust ayı indiyədək" qeydi ilə bir sıra tətil fotoları paylaşıb.

Aktrisa bu səyahətlərin bəzilərinə üç övladını da aparır. Aprelin sonunda qeyd etdiyi doğum günü ilə bağlı paylaşımında Ramirezlə uşaqlarının birlikdə göründüyü fotolara da yer verib. Bu görüntülərdən Ramirezlə Alba­nın övladları arasında münasibətlərin yaxşı olduğu anlaşılır.

Alba həmin paylaşımda sevgilisinə ilk dəfə açıq şəkildə “sevgilim” deyə müraciət edib və ona “Hər mərhələdə məni sevdiyin üçün təşəkkür edirəm” sözlərini yazıb.

Məşhur aktrisa münasibətləri barədə çox danışmasa da, zamanla sevgi anlayışının dəyişdiyini bildirib. Onun sözlərinə görə, sevgi həmişə romantik filmlərdəki kimi olmur. Bəzən insan özünü pis hiss etdiyi zaman yanında olmaq, ona qayğı göstərmək, qəzəbini ifadə etməsinə imkan vermək və ehtiyac duyduğu zaman ona şəxsi məkan vermək də sevginin bir hissəsidir.

Hazırda Alba və Ramirez münasibətlərini daha açıq şəkildə yaşayırlar və sosial media paylaşımlarında birlikdə keçirdikləri romantik anlara tez-tez yer verirlər.

17 illik ərindən boşandı, özündən 10 yaş kiçik sevgili tapdı — FOTOLAR

17 illik ərindən boşandı, özündən 10 yaş kiçik sevgili tapdı — FOTOLAR

17 illik ərindən boşandı, özündən 10 yaş kiçik sevgili tapdı — FOTOLAR

17 illik ərindən boşandı, özündən 10 yaş kiçik sevgili tapdı — FOTOLAR

Jalə Demokrat.az

D
demokrat.az