Türk sənət musiqisinin ustad nümayəndəsi Bülent Ersoy bir neçə gün əvvəl keçirdiyi estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmdə qalmaqda davam edir.
Demokrat.az xəbər verir ki, 74 yaşlı sənətçi son görüntüsünü sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Özünəməxsus üslubu və açıqlamaları ilə tez-tez şou-biznes gündəminə gələn Bülent Ersoy qısa müddət əvvəl sosial media hesabında paylaşım edərək estetik əməliyyat keçirdiyini açıqlamışdı. Ersoyun əməliyyatdan sonrakı görüntüsü izləyicilərinin diqqətini çəkmişdi.
Məşhur sənətçi estetik əməliyyatdan sonra sosial media paylaşımlarını davam etdirir. Bülent Ersoy son olaraq "Instagram" hesabında yeni fotosunu yayımlayaraq son görünüşünü pərəstişkarlarının ixtiyarına verib.
"Sefam Olsun", "Ablan Kurban Olsun Sana" və "Hani Bizim Sevdamız" kimi unudulmaz mahnıları ilə tanınan "Diva" yeni görünüşü ilə qısa müddətdə şou-biznes gündəminin diqqət çəkən simalarından birinə çevrilib.
Ersoyun estetik əməliyyatdan sonrakı paylaşımlarının qarşıdakı günlərdə də böyük maraq doğuracağı gözlənilir.

Jalə Demokrat.az


