Dünya

Qırğızıstanda zəlzələ baş verib

Qırğızıstanda zəlzələ baş verib

Qırğızıstanın Narın vilayətində zəlzələ baş verib.

Bu barədə "RIA Novosti" ölkənin Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutuna istinadən məlumat verib.

Avqustun 12-də 5 bal gücündə olan zəlzələlər yerli vaxtla saat 13:14-də (Bakı vaxtı ilə saat 11:14) qeydə alınıb. Təbii fəlakətin episentri Ak-Tuz kəndindən 15 km cənub-şərqdə və Bişkekdən 117 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağının hansı dərinlikdə yerləşdiyi bildirilmir.

Hazırda xəsarət alanlar və ya dağıntı barədə məlumat yoxdur. (oxu.az)

D
demokrat.az