Dünya

İsrail Sülh Şurasının Qəzza üzrə planını rədd etdi

İsrail Sülh Şurasının Qəzza üzrə planını rədd etdi

İsrail Sülh Şurasının Qəzza zolağı ilə bağlı 15 bənddən ibarət planını rədd edir.

Demokrat.az TASS-a istinadən xəbər verir ki, bu bəyanatla İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasının əvvəlində çıxış edib.

"İsrail Müdafiə Ordusu HƏMAS tərk-silah olunana qədər qoşunlarını çıxarmayacaq. HƏMAS-ın tərk-silah edilməsindən danışarkən ağır silahları, nisbətən yüngül silahları, bütün növ silahları nəzərdə tuturam. Biz formal deyil, həqiqi tərk-silahdan danışırıq", - deyə Netanyahu bildirib.

"Hazırda biz bu məsələni amerikalılarla müzakirə edirik. Onların bəzi ideyaları bizim üçün məqbuldur, bəziləri isə məqbul deyil və biz buna necə qarşı duracağımızı bilirik", - deyə Netanyahu əlavə edib.

Demokrat.az

D
demokrat.az