Kriminal

Gəncədə restoranın qarşısında kütləvi dava: Ölən və xəsarət alanlar var

Gəncədə restoranın qarşısında kütləvi dava: Ölən və xəsarət alanlar var

Gəncə şəhərində restoranın qarşısında başlayan kütləvi dava qanla bitib.

Demokrat.az "Report"a istinadla xəbər verir ki, dava zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov aldığı bıçaq yarasından hadisə yerində dünyasını dəyişib.

Bundan başqa 1995-ci il təvəllüdlü Rahib Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və onun həmyaşıdı Azamat Peşerskiy bıçaq xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

Qətli törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü M.Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma başlanılıb.

Demokrat.az

D
demokrat.az