Maraqlı Özəl

2000-ci illərin mətbəx dizaynı yenidən dəbə mindi: Bu dəfə daha işıqlı və müasir görünüşdə — FOTOLAR

2000-ci illərin mətbəx dizaynı yenidən dəbə mindi: Bu dəfə daha işıqlı və müasir görünüşdə — FOTOLAR

2000-ci illərin əvvəllərində populyar olan mətbəx dizaynı yenidən trendə çevrilir.

Demokrat.az xəbər verir ki, "Homes & Gardens" nəşrinin yazdığına görə, interyer dizaynerləri Toskana üslublu mətbəxlərin yenilənmiş formada geri qayıtdığını bildirirlər.

Vaxtilə tünd rənglər və ağır elementlərlə xarakterizə olunan bu üslub indi daha işıqlı və müasir görünüş alıb.

Dizayner Katarina Pulinin sözlərinə görə, Toskana üslublu mətbəxin əsas üstünlüyü mükəmməl görünüşündə deyil, yaratdığı rahatlıq hissindədir. O qeyd edib ki, belə məkan ideal deyil, illər ərzində formalaşmış və öz hekayəsini qoruyub saxlamış təəssüratı yaratmalıdır.

Yeni trendin əsas fərqi rəng seçimi və materiallardadır. Əgər 2000-ci illərin əvvəlində bu tip mətbəxlər tünd ağac və ağır teksturalarla assosiasiya olunurdusa, indi dizaynerlər daha açıq və sakit həllərə üstünlük verirlər.

Pulinin sözlərinə görə, müasir Toskana üslublu mətbəxlər isti krem, bej, oxra, yumşaq terrakota və pastel çalarlarında tərtib olunur. Tünd ağac və ağır dekor elementlərinin yerini daha yüngül və zərif materiallar tutur.

Dizayner Peqqi Platn da divarların və ağac səthlərinin fakturasında dəyişikliklərin olduğunu bildirib. Onun müşahidələrinə görə, hazırda suvaqlı divarlar, açıq rəngli ağac, sakit tonlarda təbii daş və sadə mebel fasadları daha çox üstünlük qazanır.

"Officine Gullo" şirkətinin kommersiya direktoru Manfredi Konfortsi isə qeyd edib ki, Toskana mətbəxi sadəcə dizayn üslubu deyil, həm də həyat tərzinin bir hissəsidir. Onun sözlərinə görə, klassik Toskana evlərində mətbəx çox vaxt yalnız bir otaqdan ibarət olmur, açıq havada yemək bişirmə sahəsi və evin digər hissələrində yerləşən kiçik mətbəxlər də bu konsepsiyanın tərkib hissəsi sayılır.

Bütün yeniliklərə baxmayaraq, üslubun əsas xüsusiyyətləri dəyişməz qalır. Dizaynerlərin fikrincə, təbii materiallar, mərmər iş səthləri, açıq taxta rəflər, döymə metal furnitura və köhnə üslubu xatırladan keramik plitələr Toskana mətbəxinin əsas elementləridir.

Müasir yanaşmada fərq ondadır ki, bu dekorativ elementlər daha ölçülü şəkildə istifadə olunur. Məişət texnikası mümkün qədər gizlədilir, mis qablar və əl işi keramika kimi bəzək əşyaları isə məkanı yükləmədən, yalnız vurğu elementi kimi tətbiq edilir.

2000-ci illərin mətbəx dizaynı yenidən dəbə mindi: Bu dəfə daha işıqlı və müasir görünüşdə — FOTOLAR

2000-ci illərin mətbəx dizaynı yenidən dəbə mindi: Bu dəfə daha işıqlı və müasir görünüşdə — FOTOLAR

2000-ci illərin mətbəx dizaynı yenidən dəbə mindi: Bu dəfə daha işıqlı və müasir görünüşdə — FOTOLAR

2000-ci illərin mətbəx dizaynı yenidən dəbə mindi: Bu dəfə daha işıqlı və müasir görünüşdə — FOTOLAR

Jalə Demokrat.az

D
demokrat.az