Türkiyənin yeni beşinci nəsil qırıcısı KAAN-ın ikinci prototipi ilk yerüstü testini keçdi.
Demokrat.az "Haber Global" kanalına istinadən xəbər verir ki, test TUSAŞ-ın sınaq aeorodromunda həyata keçirilib.
Xatırladırıq ki, KAAN öz sinfində dünyanın ən müasir və geniş imkanlara malik beşinci nəsil qırıcısıdır. Hazırda Türkiyə bu qırıcıların ixracı üzrə çoxmilyardlıq sazişlər imzalayıb.


