Siyasət Özəl

Deputat Azərbaycan-Qırğızıstan əlaqələrindən danışdı

Deputat Azərbaycan-Qırğızıstan əlaqələrindən danışdı

“Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələyə daxil olur. Bu gün cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərlə əlaqələrini daha da möhkəmləndirir və inkişaf etdirir”.

Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında bildirib.

Ceyhun Məmmədov qeyd edib ki, bu istiqamətdə davamlı olaraq müxtəlif addımlar atılır:

“Biz davamlı şəkildə cənab Prezidentin Orta Asiya türk respublikalarına səfər etdiyini, burada müxtəlif görüşlər keçirdiyini görürük. Eyni zamanda Orta Asiya prezidentləri də Azərbaycana tez-tez səfərlər edirlər. Cənab Prezidentin bu dəfəki səfəri də xüsusi önəm və əhəmiyyət daşıyır. Əlaqələrimiz daha da möhkəmlənir, inkişaf edir və irəli gedir. Bu prosesə də öz töhfəsini ciddi şəkildə verməkdədir”.

Deputat bu səfər zamanı imzalanan sənədlərin də əlaqələrimizin daha da inkişafına və möhkəmlənməsinə öz töhfəsini verəcəyini əlavə edib:

“Hazırkı dövrdə bu əlaqələrin inkişafı həm bizim üçün, həm də Qırğızıstan üçün çox önəmlidir. Çünki tarixdə heç vaxt olmadığı qədər qarşımızda imkan və fürsətlər var. Bu fürsət və imkanlardan düzgün istifadə olunmalı, müttəfiqlik daha da gücləndirilməli, iqtisadi, siyasi və mədəni əlaqələr daha da inkişaf etdirilməlidir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Qırğız Respublikasında səfərdədir. Səfər zamanı keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası çərçivəsində dövlət başçıları tərəfindən Dövlətlərarası Şuranın 3-cü iclasının Qərarı imzalanıb.Qərarda dövlətlərarası münasibətlərdə əldə olunmuş müttəfiqlik səviyyəsi xüsusi qeyd edilir, iqtisadi-ticari, nəqliyyat, energetika, kənd təsərrüfatı və mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyi vurğulanır. Həmçinin qırğız tərəfdaşların və sərmayəçilərin Azərbaycanın azad edilmiş ərazilərində infrastruktur layihələrinin həyata keçirilməsində, xüsusilə Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisində iştirakı yüksək qiymətləndirilir.

Fidan Hacızadə

D
demokrat.az