Mövsüm finalında bir neçə əsas obrazın serialla vidalaşmasının ardından diqqətlər “Uzak Şehir”in yeni mövsüm heyətinə yönəlmişdi.
Demokrat.az xəbər verir ki, gözlənilən qərar açıqlanıb və məşhur seriala yeni aktyorun qatılacağı rəsmiləşib.
“Kanal D”də yayımlanan və ötən mövsüm yüksək reytinqlərlə izləyici qarşısına çıxan “Uzak Şehir” yeni mövsüm üçün hazırlıqlarını davam etdirir. Avqust ayında çəkilişlərinə yenidən başlanılması planlaşdırılan ekran işinin aktyor heyətinə Mehmet Korhan Fırat daxil olub.
Mövsüm finalında Boran, Şahin və Demir obrazlarının hekayələrinin tamamlanması ilə serialda mühüm dəyişikliklər baş vermişdi. Yeni mövsümdə həmin boşluğu dolduracaq aktyorun Mehmet Korhan Fırat olacağı məlum olub.
Məlumata görə, aktyor serialda Ufuk adlı obraza həyat verəcək. Pərdəarxası məlumatlara əsasən, Ufuk Albora ailəsi ilə yaxın əlaqəsi olan və hadisələrin gedişatına təsir göstərəcək sürpriz bir personaj kimi hekayəyə daxil olacaq.


