Bakının Qaradağ rayonunda 28 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib.
Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Fərid (ad şərtidir – red.) qəsəbə ərazisində yerləşən "Cırtdan" parkının yaxınlığında idarə etdiyi "Chevrolet" markalı avtomobildə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Kəmalə (ad şərtidir – red.) ilə mübahisə edib.
Aralarında qısqanclıq zəminində yaranan mübahisə zamanı Fərid qadının sol baldır, qarın və sifət nahiyələrinə yumruqla zərbələr endirərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Fərid barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, törətdiyi əmələ görə səmimi peşmandır, zərərçəkmiş şəxslə barışıb və ona qarşı heç bir şikayət və tələb qalmayıb.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Fərid barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.


