Bakının Qaradağ rayonunda 41 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Qobu Park-1 yaşayış kompleksində baş verib.
Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Fateh (ad şərtidir – red.) qeyri-rəsmi ər-arvad münasibətində olduğu Sevinc (ad şərtidir – red.) ilə mübahisə edib.
Aralarında qısqanclıq zəminində yaranan mübahisə zamanı Fateh əl zərbələri ilə qadının bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.
Faktla bağlı Fateh barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə ifadə verən Fateh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əmələ görə səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini və zərərçəkmişin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Fateh barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.


