Şou-biznes Özəl

İbrahim Tatlısesə çağırış: "Sənin üçün həyatını fəda etmiş oğlun var"

İbrahim Tatlısesə çağırış: Sənin üçün həyatını fəda etmiş oğlun var

Müğənni və aktrisa Selen Görgüzel uzun müddətdir atası İbrahim Tatlıseslə münasibətləri gərgin olan Ahmet Tatlıseslə eyni məkanda bir araya gəlib.

Demokrat.az xəbər verir ki, o, kamera qarşısında çıxış edərək ata ilə oğul arasındakı illərdir davam edən incikliyin sona çatmasına çağırış edib.

Türkiyə mətbuatının məlumatına görə, Görgüzel Ahmet Tatlısesin atası naminə göstərdiyi fədakarlıqları xatırladaraq İbrahim Tatlısesə müraciət edib.

"İbrahim abi, bu qədər gözəl bir oğlun var. Onun qədrini necə bilmirsən? Bax, sənin üçün həyatını fəda etmiş bir oğuldur. Biz səni sevən insanlar olaraq oğlunla yenidən yaxşı münasibətdə olmağını istəyirik", deyə o bildirib.

Daha sonra Selen Görgüzel Ahmet Tatlısesə üz tutaraq ata-oğul münasibətlərinin bərpasını arzuladığını bildirib:

"Biz İbrahim bəylə səni yenidən gözəl ata-oğul münasibətində görmək istəyirik. Bilirik ki, sən də bunu istəyirsən, elə deyilmi?".

Məlumata görə, Ahmet Tatlıses bu sözlərə yalnız kədərli təbəssümlə reaksiya verib. Onun cavabı görüşün diqqət çəkən məqamlarından biri olub.

Xatırladaq ki, İbrahim Tatlıses bir neçə ay əvvəl xarici ölkələrdəki konsert proqramlarından sonra İstanbuldakı evində qəfil səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilmişdi. 74 yaşlı sənətçi öd kisəsində yaranan infeksiya səbəbindən əməliyyat olunmuş, bir müddət reanimasiya şöbəsində müalicə almışdı.

Uğurlu əməliyyatdan sonra aprelin 22-də xəstəxanadan buraxılan Tatlıses daha sonra fiziki reabilitasiya məqsədilə yenidən müalicəyə başladığını açıqlamışdı. Onun sağlamlıq vəziyyəti ilə bağlı xəbərlər fonunda Selen Görgüzelin ata-oğul münasibətlərinin bərpası ilə bağlı çağırışı da geniş müzakirələrə səbəb olub.

Jalə

D
demokrat.az