Tanınmış jurnalist Eynulla Fətullayev "Kaspi" qəzetinə dövlət tərəfindən maliyyə yardımının dayandırılmasına münasibət bildirib.
Demokrat.az xəbər verir ki, jurnalist özünün facebook hesabından qəzetin himayədarı, Prezidentin sabiq köməkçisi Əli Həsənov və təsisçisi Sona Vəliyevanı sərt şəkildə tənqid edib:
"Əli Həsənovun həyat yoldaşı, psevdo-jurnalist Sona Vəliyeva indicə facebookdan prezident İlham Əliyevdən gileylənib. Əli Həsənovun Muzası hesab edir ki, dövlət “Kaspi” qəzetinin maliyyələşdirməsini dayandırmaqla yanlış addım atıb. Mən də ərinmədim Zərdabinin davamçısına şərh bölümündə cavab verdim. Yəqin pozacaq, ona görə də öz səhifəmdə təkrar edirəm:
“Pulunuz çoxdur, xərcləyin getsin. Qəzetinizi isə bağlasanız yaxşıdır, Əli Mərdan bəy Topçubaşovun təsis etdiyi “Kaspi” qəzetini Çingiz İldırıma bənzəyən həyat yoldaşınız Əli Həsənovla birgə urvatsız elədiz!!! Biabırçı nəşr idi, mətbuat adına ləkə və rüsvayçılıq idi. Bəsdirin xalqı ələ saldınız...”


