Şou-biznes Özəl

Sinem Kobalın qardaşı da "Selena"da rol alıb — FOTO

Sinem Kobalın qardaşı da Selenada rol alıb — FOTO

Məşhur aktrisa Sinem Kobalın ailəsi ilə bağlı diqqətçəkən bir məlumat ortaya çıxıb.

Məlum olub ki, onun qardaşı Kerem Kobal da bir müddət aktyorluq fəaliyyəti ilə məşğul olub və bacısı ilə eyni serialda rol alıb.

İzləyicilərin yaddaşında “Selena” serialındakı Selin obrazı ilə qalan Sinem Kobalın qardaşı Kerem Kobalın da həmin layihədə yer aldığı bildirilib. Kerem Kobal serialda Selinin sevgilisi Atacan obrazını canlandırıb.

İllər əvvəl yayımlanan “Selena” serialı ilə məşhurlaşan Sinem Kobal daha sonra müxtəlif televiziya layihələrində iştirak edib. Aktrisa 2016-cı ildə aktyor Kenan İmirzalıoğlu ilə ailə həyatı qurub.

Cütlüyün bu evlilikdən iki qızı var. Sinem Kobal 2020-ci ildə Lalin, 2022-ci ildə isə Leyla adlı qızlarını dünyaya gətirib. Aktrisa övladlarını mediadan uzaq böyütməyə üstünlük verir.

Kerem Kobalın isə aktyorluq fəaliyyətindən sonra şəxsi həyatına üstünlük verdiyi və 2025-ci ildə Katie Christie ilə ailə həyatı qurduğu bildirilir.

Sinem Kobalın qardaşı da Selenada rol alıb — FOTO

Leyla Demokrat.az

D
demokrat.az