Kriminal Özəl

Bakıda 50 yaşlı kişi arvadının başında boşqab sındırdı

Bakıda 50 yaşlı kişi arvadının başında boşqab sındırdı

Bakının Sabunçu rayonunda 50 yaşlı kişi arvadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində baş verib.

Qazax rayon sakini, 1976-cı il təvəllüdlü Ülfət yaşadığı nömrəsiz fərdi evin qonaq otağında həyat yoldaşı Sura (adlar şərtidir – red.) mübahisə edib.

Aralarında ailə məişət zəminində baş vermiş mübahisə zamanı qəsdən masanın üzərindən şüşə boşqabı götürüb və arvadına vuraraq ona xəsarətlər yetirib.

Faktla bağlı Ülfətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Ülfət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmə ifadələrindən məlum olub ki, təqsirləndirilən şəxslə zərərçəkmiş arasında barışıq əldə olunub. Bu səbəbdən də qadın ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət təqibinə xitam verilib.

Fariz Məlikli

D
demokrat.az