Şou-biznes Özəl

Seda Sayan: "Mətbəxdəki kişi daha cazibədardır" fikri qadınların qurduğu tələdir

Seda Sayan: Mətbəxdəki kişi daha cazibədardır fikri qadınların qurduğu tələdir

Müğənni və aparıcı Seda Sayan münasibətlərlə bağlı açıqlamaları ilə yenidən gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, o, bu dəfə "Mətbəxdə olan kişi daha cazibədardır" fikrinə inanmadığını bildirib və bunu qadınların kişiləri yemək hazırlamağa təşviq etmək üçün istifadə etdiyi bir üsul adlandırıb.

"Kafa TV"də Sude Belkısın suallarını cavablandıran Seda Sayan son dövrlər geniş müzakirə olunan bu ifadəyə fərqli münasibət göstərib.

"Məncə, buna inanmayın. Bu, qadınların kişilər üçün qurduğu bir tələdir. Əslində məqsəd "Gəl yemək hazırla" deməyin başqa yoludur. Sonra da 'Pomidoru necə də gözəl doğradın' deyərək onları həvəsləndiririk. Qadınlarda belə şirin oyunlar olur", deyə o bildirib.

Seda Sayan tənhalığı sevmədiyini də etiraf edib:

"Paylaşmağı sevən insanam. Gözəl bir yerə gedəcəmsə, yanımda bir dostumun olmasını istəyərəm. Mən tənhalığı heç sevmirəm. Həyatımda heç vaxt tək qalmamışam. Heç nə edə bilməsəm, yenə evlənərəm. Bu düşüncələrdən uzaq olun. Bunun sonu yaxşı yerə aparmır. O zaman insan özü tənhalığı seçir və tək qalır".

Müğənni son vaxtlar sosial şəbəkələrdə geniş müzakirə olunan "Dişi enerjisi yüksək olan qadın bazar torbası daşımır" fikri ilə də razılaşmadığını bildirib.

"Mən bazara da, marketə də getməyi sevirəm. Tərəvəzimi, meyvəmi özüm seçirəm. Bunu edirəmsə, deməli qadın deyiləm? Mən bu fikrə inanmıram", deyə Seda Sayan vurğulayıb.

Seda Sayan aktrisa Beren Saatin ikinci mahnısını təqdim etməsinə də müsbət münasibət bildirib:

"İncəsənət bir çox sahəni özündə birləşdirir. Teatr var, kino var, serial var. Niyə mahnı olmasın? Məncə, o, sənətkar kimi özünü daha da tamamladı. Bəlkə sabah bir müzikldə də çıxış edəcək. Mahnı oxumaq üçün mütləq çox güclü səsə malik olmaq lazım deyil. Kimsə "pisdir" dedi deyə geriyə baxmayın, yolunuza davam edin".

Jalə

D
demokrat.az