Kriminal Özəl

Döyülən qadın hakim qarşısında bunu etdi

Döyülən qadın hakim qarşısında bunu etdi

Bakının Yasamal rayonunda 40 yaşlı kişi həyat yoldaşını döyməkdə təqsirli bilinib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadığı mənzildə baş verib. Cəlilabad rayon sakini, 1986-cı il təvəllüdlü Ayaz həyat yoldaşı Nuranə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Ayaz şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı həmin yerdə Nuranəni döyüb. O, arvadına sağ mil bilək oynağı və sağ əlin arxa səthini əhatə edən qançır-şişkinliyi kimi bədən xəsarəti yetirib.

Faktla bağlı Ayazın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını, zərərçəkən şəxsin ondan şikayəti, tələbi olmadığını deyib.

Zərərçəkmiş qadın da ifadəsində bildirib ki, əri ilə barışıb, ondan şikayət və tələbi yoxdur.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

D
demokrat.az