Çində mühərriki yerə düşən BYD markalı avtomobillə bağlı istehsalçı şirkət rəsmi bəyanat yayıb.
Demokrat.az bildirir ki, şirkət mühərrikin yerindən çıxmasına xarici amilin səbəb olduğunu bildirib.
Məlumatda maşının su altında qalan bərk cismə çırpıldığı qeyd olunur. Şiddətli zərbə mühərrikin şassi bağlantılarını qırıb. Yüksək gərginlikli kabellər isə qopmayaraq detalların maşından tam ayrılmasına imkan verməyib.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan video qalmaqal doğurmuşdu. Kadrlarda Çinin Şenyanq şəhərində "BYD Tang" modelinin arxa elektrik mühərrikinin sürükləndiyi görünürdü.




