Siyasət Özəl

Rusiya "Qiyamət günü" təyyarəsini İrana göndərdi

Rusiya Qiyamət günü təyyarəsini İrana göndərdi

Rusiya Tehrana xüsusi təyinatlı "Tu-214PU" təyyarəsini göndərib.

Demokrat.az xəbər verir ki, yüksək səviyyəli dövlət və hərbi idarəetmə üçün nəzərdə tutulmuş təyyarənin Tehrana uçuşu Yaxın Şərqdə gərginliyin artdığı vaxta təsadüf edib.

"The Times of India" nəşri uçuşların izlənməsi xidmətlərinin məlumatlarına istinadən bildirib ki, söhbət Rusiyanın xüsusi rabitə və idarəetmə sistemləri ilə təchiz edilmiş Tu-214PU təyyarəsindən gedir.

Məlumata görə, bu təyyarə şifrələnmiş rabitə kanalları və böhran şəraitində dövlət və hərbi strukturların fəaliyyətini koordinasiya etməyə imkan verən idarəetmə sistemləri ilə təchiz olunub. Bu xüsusiyyətlərinə görə o, tez-tez "Qiyamət günü təyyarəsi" kimi də təqdim edilir.

Tu-214PU Rusiyanın xüsusi aviasiya dəstəsi olan "Rossiya" tərəfindən istismar olunur və əsasən ölkənin ali siyasi-hərbi rəhbərliyinin daşınması üçün istifadə edilir.

Nəşr qeyd edir ki, təyyarənin Tehrana gəlişi Moskva ilə Tehran arasında yüksək səviyyəli təmasların baş tuta biləcəyinə dair ehtimalları gücləndirib.

Rusiya və İran tərəfi isə Tu-214PU təyyarəsinin Tehrana uçuşunun məqsədi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Alparslan

D
demokrat.az