Kriminal Özəl

Qardaşı arvadını döydüyünə görə hakim qarşısına çıxdı

Qardaşı arvadını döydüyünə görə hakim qarşısına çıxdı

Bakıda 51 yaşlı kişi qardaşı arvadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Əflatun ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qardaşı arvadı Sevinc (adlar şərtidir – red.) ilə mübahisə edib.

Məişət münaqişəsi zamanı Əflatun qardaşının arvadı Sevincin sağ əlinə yumruqla vuraraq ona xəsarət yetirib.

Faktla bağlı Əflatunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əflatun qardaşı arvadına qarşı törətdiyi əməli etiraf edib və özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını söyləyib və cinayət işinin icraatına xitam verilməsini xahiş edib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

Fariz Məlikli

D
demokrat.az