Kriminal Özəl

Bakıda qadın ərinə cavab qaytardığına görə döyüldü

Bakıda qadın ərinə cavab qaytardığına görə döyüldü

Bakının Suraxanı rayonunda ər-arvad arasında baş verən mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 18-də baş verib. Cəlilabad rayon sakini, 2000-ci il təvəllüdlü Murad həmin gün saat 09:00-da birgə yaşadıqları evdə həyat yoldaşı Flora (adlar şərtidir – red.) ilə mübahisə edib.

Buna səbəb həmin vaxt Floranın mobil telefonla uca səslə bacısı ilə danışması və Muradın ona irad bildirməsi olub. Bu zaman ərin iradlarına qadın cavab qaytarıb.

Belə olan halda ər-arvad arasında yaranan mübahisə davaya çevrilib. Dava zamanı Murad qadını əli və ayağı ilə vuraraq ona xəsarətlər yetirib.

Faktla bağlı Murad barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə izahat verən Murad ona verilən ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu, dəymiş zərəri ödədiyini, zərərçəkmiş şəxslə barışdıqlarını bildirib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Murad barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

D
demokrat.az