Biznes

ADY-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini keçib

ADY-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini keçib

Azərbaycan Dəmir Yolları (ADY) Bakı və Sumqayıt dəmiryol vağzallarında, eləcə də Koroğlu dayanacağında tətbiq edilən SİMA Pay üztanıma ödəniş sistemindən istifadə edən sərnişinlərin sayının 9 mini keçdiyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, iki aydır istifadədə olan sistem gündəlik turniket keçidlərində sərnişinlərə daha sürətli və rahat keçid imkanı yaradır.

Bildirilib ki, ictimai nəqliyyatda ilk dəfə ADY tərəfindən tətbiq edilən bu rəqəmsal həll vasitəsilə turniketdən keçid cəmi iki saniyə ərzində həyata keçirilir. Qurum sistemin sərnişinlər üçün rahat və təhlükəsiz səyahət imkanı yaratdığını vurğulayıb.

ADY vətəndaşlara SİMA Pay xidmətindən yararlanmaq üçün "ADY Mobile" tətbiqi üzərindən qeydiyyatdan keçməyi tövsiyə edib.

D
demokrat.az