Dünya

Teylor Sviftin toyundan qalan tullantılar satıldı — VİDEO

Teylor Sviftin toyundan qalan tullantılar satıldı — VİDEO

Amerikalı rəssam Castin Jinyak pop-ulduz Teylor Svift və idmançı Trevis Kelsinin Nyu-Yorkda baş tutan toy mərasimindən sonra maraqlı bir biznes layihəsinə imza atıb.

O, tədbirin keçirildiyi "Madison Square Garden" arenasının ətrafındakı küçələrdən toplanmış məişət tullantılarını müğənninin pərəstişkarlarına sataraq qazanc əldə edib.

Mərasim bitdikdən sonra əraziyə smokinqdəgələn C.Jinyak küçələrdə atılmış siqaret kötükləri, kağız stəkanlar, plastik içki çöpləri, parça qalıqları, konfet bükümləri və bir ədəd "AirPod" qulaqlığı toplayıb.

Rəssam toplanan əşyaları üzərində "Just & Married" yazısı və nikah tarixi qeyd olunmuş xüsusi şəffaf konteynerlərə yerləşdirib. Konteynerlər ölçüsündən asılı olaraq 25 və 100 dollar qiymətinə satışa çıxarılıb və qısa müddət ərzində pərəstişkarlar tərəfindənalınıb.

C.Jinyak qeyd edib ki, o, uzun müddətdir ABŞ-ninmüxtəlif şəhərlərində əlamətdar hadisələrdən sonra tullantıları toplayaraq onlayn formatda satmaqla məşğuldur.(axsam.az)

Demokrat.az

D
demokrat.az