“Cəmiyyəttə qadın kişi bərabərliyinin düzgün başa düşülməməsi kişiləri üstün mövqeyə malik olduqları düşüncəsini sabahibləndirir”.
BunuDemokrat.az-a açıqlamasında psixoloq Gövhər Məmmədova deyib.
O bildirib ki, qadını idarə etmək, iqtisadi cəhətdən asılı saxlamaq istəyi və uşaqlıqda ailədə şiddət görmək kimi amillər ayrılıq prosesini mürəkkəbləşdirir.
“Qadın idarə etmə, iqdisadi asılı saxlama, uşaqlıqda ailə münasibətində şiddət müşahidə edilməsi kimi hallar ayrılıqları çətinləşdirir. Ayrılıq zamanı idarənin itirilməsi, sahib ola bilməmək, qısqanclıq kişilərdə qadına qarşı şiddət duyğuları oyadır. Yaxud kişi alkaqol, narkotik aludəçisidirsə, birlikdə olduqları dönəmdə də şiddət halları baş verirdisə ayrılıq zamanı daha pis nəticələr verir”.
“Daha bir səbəb isə güvənsizlikdən qorxmaq duyğusudur, birlikdə olduğu müddətdəcə özünü güvəndə hiss edir ayırlıq zamanı özünə yaratdığı konfort ailəni itirir və bu onda dözülməzlik yaradır, bu halda hərəkətə keçir, təbii ki nəticə ürəkaçan olmur", - deyə psixoloq fikrini tamamlayıb.
Xatırladaq ki, ötən gün paytaxtın Mir Cəlal küçəsində baş verən dəhşətli hadisə cəmiyyətdə bir daha ailədaxili münasibətlər, boşanmadan sonra davam edən təqib və qadınlara qarşı zorakılıq məsələsini gündəmə gətirib. Belə ki, kişi ayrıldığı həyat yoldaşını tüfənglə güllələyərək öldürüb, daha sonra isə həmin silahla özünə atəş açıb.


