Dünya Özəl

Türkiyə Rusiya istehsalı olan S-400-ləri üçüncü ölkəyə satıb?

Türkiyə Rusiya istehsalı olan S-400-ləri üçüncü ölkəyə satıb?

Ankara Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərini F-35 proqramına qayıtmaq üçün İran körfəzi ölkəsinə satıb.

Demokrat.az-ın məlumatına görə, bu barədə Türkiyənin "Hürriyet" nəşri xəbər verir.

"Əldə edilən məlumata əsasən, S-400 sistemləri üçüncü bir ölkəyə satılıb. Sövdələşmənin iyulun 10-da elan edilməsi nəzərdə tutulur. S-400 sistemləri Fars körfəzi ölkəsinə daşınır. İyulun 9-da yekun təfərrüatlar dəqiqləşdirilirdi. Bildirilir ki, qalan son məsələlər gecə yarısınadək həll olunub", – deyə nüfuzlu Türkiyə qəzeti yazır.

Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərinin ya Qətərə, ya da Birləşmiş Ərəb Əmirliklərinə göndərildiyi güman edilir.

"Hürriyet" daha əvvəl yazmışdı ki, ABŞ CAATSA (Sanksiyalar Yolu ilə Amerikanın Düşmənlərinə Qarşı Mübarizə Aktı) çərçivəsində tətbiq etdiyi sanksiyaları ləğv etməyə və Türkiyəni F-35 qırıcı təyyarələri proqramına geri qaytarmağa yalnız S-400 sistemlərinin yenidən satılması şərti ilə razı olacaq.

Xatırladaq ki, Ankara altı ədəd F-35 təyyarəsinin tədarükü üçün ödəniş etmişdi. Lakin S-400 sistemini aldığına görə 2019-cu ildə proqramdan çıxarılmışdı.

İyulun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə danışıqlardan əvvəl ABŞ Prezidenti Donald Tramp Ankaraya qarşı tətbiq edilən sanksiyaların ləğv olunacağını bəyan etmişdi.

"Biz sanksiyaları ləğv edəcəyik. Artıq vaxtı çatıb. Biz dostlara qarşı sanksiya tətbiq etmək istəmirik", – deyə Ağ Evin rəhbəri Ərdoğanla görüşü zamanı bildirib.

Alparslan Demokrat.az

D
demokrat.az