Böyükşor-Pirşağı yolunda baş verən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Hadisə iyulun 6-da saat 23:22-də baş verib.
BMW markalı, 77-GE-175 dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında olan A.İsmayılov idarəetməni itirib. Nəticədə avtomobil beton plitəyə çırpılıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. (oxu.az)
*** 00:52
Böyükşor-Pirşağı yolunda avtomobildə yanğın baş verib.
BMW markalı minik avtomobili qəza törədib, nəticədə maşın iki hissəyə ayrılaraq alışıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri cəlb olunub və yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır. (oxu.az)
View this post on Instagram Demokrat.az


