Dünya

"Qəzza zolağının bərpası onun tərksilah edilməsi və ..." — Netanyahu

Qəzza zolağının bərpası onun tərksilah edilməsi və ... — Netanyahu

İsrailin Baş naziri Binyamin Netanyahu iyulun 5-də hökumət iclasında bildirib ki, Qəzza zolağı-nın bərpası onun tərksilah edilməsi və hərbsizləşdirilməsi olmadan mümkün deyil.

Demokrat.az xəbər verir ki, o, ABŞ-ın bu məsələyə dair mövqeyinin dəyişə biləcəyi barədə yayılan xəbərləri inkar etməyib, lakin İsrailin belə bir ssenari ilə razı olmayacağını vurğulayıb.

Netanyahu həmçinin deyib ki, anklavı tərk etmək istəyən sakinlərə bu imkan verilməlidir.

O qeyd edib ki, İsrail anklav daxilində bufer zonaları saxlamağa davam edəcək. Baş nazirin sözlərinə görə, orada qalan şəxslər İsrailin təhlükəsizliyinə təhdid yaratmamalıdırlar.

Buaçıqlamalar ABŞ-ın (Donald Trump administrasiyası ilə əlaqələndirilən) Qəzza ilə bağlı planının növbəti mərhələsi ətrafında davam edən fikir ayrılıqları fonunda səslənib. Həmin planın əsas bəndlərindən biri HƏMAS-ın tərksilah edilməsidir.

Demokrat.az

D
demokrat.az