Şou-biznes Özəl

Bülənt Ersoy estetik əməliyyat etdirdi: "Hətta botoks belə etdirməmişdim" (FOTO)

Bülənt Ersoy estetik əməliyyat etdirdi: Hətta botoks belə etdirməmişdim (FOTO)

Türk sənət musiqisinin məşhur ifaçısı Bülənt Ersoy uzun illər estetik müdaxilələrdən uzaq qalmasına baxmayaraq, bu dəfə estetik əməliyyat etdirib.

Demokrat.az xəbər verir ki, əməliyyatdan sonra xəstəxana otağından ilk fotosunu sosial media hesabında paylaşan sənətçi əməliyyatın uğurla keçdiyini bildirib. Ersoy qeyd edib ki, uzun illər ərzində üzünə hətta botoks belə etdirməyib.

"Biz ulduzların yaşı olmur, amma yaş almaq da həyatın bir gerçəyidir. Estetik uzun illər mənə çox uzaq bir anlayış idi. Bəlkə də inanmayacaqsınız, amma uzun illər bir dəfə də olsun botoks etdirməmişdim. Ta ki hörmətli Volkan həkimlə tanış olana qədər", – deyə sənətçi paylaşımında yazıb.

Bülənt Ersoy əməliyyatı həyata keçirən həkimə təşəkkürünü də ifadə edib. O, həkimin peşəkarlığına güvəndiyini bildirərək əldə olunan nəticədən məmnun qaldığını vurğulayıb.

"Özümü ona tam etibar etdim. Əldə etdiyim uğurlu nəticəni və sevincimi izləyicilərimlə bölüşmək istədim. Həkimimin biliyinə, peşəkarlığına və əməyinə görə sonsuz təşəkkür edirəm", – deyə Ersoy qeyd edib. Məşhur sənətçinin paylaşımı qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Pərəstişkarları ona çoxsaylı təbrik və "keçmiş olsun" mesajları ünvanlayıblar.

Bülənt Ersoy estetik əməliyyat etdirdi: Hətta botoks belə etdirməmişdim (FOTO)

Leyla Demokrat.az

D
demokrat.az