Maraqlı Özəl

Pəhrizi pozmayan tək lahmacun: Bu üsulla hazırlasanız, kökəlməyəcəksiniz

Pəhrizi pozmayan tək lahmacun: Bu üsulla hazırlasanız, kökəlməyəcəksiniz

Pəhriz saxlayanlar da lahmacundan imtina etmədən bu ləzzəti daha sağlam şəkildə hazırlaya bilərlər.

Demokrat.az xəbər verir ki, tam buğda unu və yulaf kəpəyindən hazırlanan xəmir, ənənəvi lahmacuna nisbətən daha çox lif ehtiva edir və daha uzun müddət toxluq hissi yaradır.

Tərkibi

Xəmir üçün:

2,5 stəkan tam buğda unu; 1,5 stəkan un; 1 çay stəkanı yulaf kəpəyi; 1 xörək qaşığı quru maya; 2 stəkan ilıq su.

İçlik üçün:

300 qram yağsız qiymə; 2 pomidor; 1 qırmızı bibər; 1 yaşıl bibər; yarım dəstə cəfəri; 3 diş sarımsaq; 1 soğan; 1 xörək qaşığı bibər tomatı; duz və qara istiot; yarım çay stəkanı su. Hazırlanması

Əvvəlcə pomidorun qabığını soyun. Pomidoru, bibərləri, soğanı, sarımsağı və cəfərini xırda doğrayın. Üzərinə qiymə, tomat, duz, qara istiot və su əlavə edib yaxşıca qarışdırın.

Quru mayanı ilıq suda həll edərək 10 dəqiqə saxlayın. Daha sonra unları, yulaf kəpəyini və mayalı suyu qarışdırıb yumşaq xəmir yoğurun. Xəmiri örtərək 10 dəqiqə dincə qoyun. Sonra onu 12 bərabər hissəyə bölün və daha 10 dəqiqə gözlədin.

Hər kündəni nazik şəkildə yayın, üzərinə qiyməli qarışığı bərabər şəkildə çəkin. Lahmacunları əvvəlcədən 250 dərəcəyə qədər qızdırılmış sobada təxminən 6 dəqiqə bişirin.

Jalə Demokrat.az

D
demokrat.az