"Missiyalar Rusiya Silahlı Qüvvələri Baş Qərargahının planına uyğun olaraq həyata keçirilir"
Demokrat.az xəbər verir ki, bu sözləri ordu qərargahını ziyarəti zamanı Rusiya prezidenti Vladimir Putin deyib.
Məlumata görə, Putin Ümumi Qoşun Qrupunun köməkçi komanda məntəqələrindən birinə baş çəkib, burada ona Donbasda Konstantinovkanın rus qoşunları tərəfindən tutulması ilə bağlı məlumat verilib.
Rusiya prezidenti qeyd edib ki, Konstantinovkanın ələ keçirilməsi Donbasın bütün ərazisinin tutulmsının açarıdır.
Putin vurğulayıb ki, Ukrayna qoşun hissələri Xüsusi Hərbi Əməliyyat zonasında strateji təşəbbüsü möhkəm saxlamaqda davam edən Rusiya ordusunun hücumu altında geri çəkilir və ağır itkilər verir.
Alparslan Demokrat.az


