Sağlamlıq Özəl

Qrip vaksinləri həqiqətən işə yarayır? — Açıqlama

Qrip vaksinləri həqiqətən işə yarayır? — Açıqlama

Hər il mövsümi qrip minlərlə insanın sağlamlığı üçün risk yaradır. Mütəxəssislər xəstəlikdən qorunmağın ən təsirli yollarından birinin vaxtında peyvənd olunmaq olduğunu bildirirlər. Bəs qrip vaksini orqanizmi necə qoruyur və kimlər üçün tövsiyə olunur?

Mövzu ilə bağlı tanınmış həkim, professor Adil Qeybulla Demokrat.az-a deyib ki, qripə qarşı peyvənd xəstəliyə qarşı immun davamlılığın formalaşmasına kömək edir:

Qrip vaksinləri həqiqətən işə yarayır? — Açıqlama

"O, qripdən yüz faiz qorunma təmin etməsə də, xəstəliyin ağır formada keçməsi riskini əhəmiyyətli dərəcədə azaldır və immun sistemini əvvəlcədən hazırlayır. Bundan əlavə, vaksin digər respirator infeksiyalara qarşı da orqanizmin müqavimətini gücləndirir. Peyvəndin payız mövsümünün başlamasına təxminən 3-4 həftə qalmış vurulması daha məqsədəuyğun hesab edilir. Vaksin təxminən bir il müddətində immun müdafiənin formalaşmasına kömək edir".

Həkim bildirib ki, qrip virusu daim mutasiyaya uğradığı üçün vaksin yeni yaranmış mutasiya variantlarını tam hədəf ala bilmir:

"Buna baxmayaraq, orqanizmdə ümumi qrip virusuna qarşı immun hazırlıq yaranır və nəticədə xəstəlik daha yüngül keçir. Qrip vaksininin demək olar ki, heç bir əks göstərişi yoxdur. Yalnız güclü allergiyası olan şəxslərə vaksin tətbiq edilərkən ehtiyatlı davranmaq tövsiyə olunur. Digər bütün hallarda isə, o cümlədən hamilə qadınlara və uşaqlara da qrip peyvəndi rahatlıqla vurula bilər” , - deyə o qeyd edib.

Əfsanə Kamal

D
demokrat.az