Kriminal Özəl

Ərindən gizlin telefon işlədən və başqası ilə yazışan qadın döyüldü

Ərindən gizlin telefon işlədən və başqası ilə yazışan qadın döyüldü

Bakının Xəzər rayonunda ər arvadını qısqanclıq zəminində yaranan mübahisə zamanı döyüb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Binə qəsəbəsində baş verib. 1985-ci il təvəllüdlü Şərur rayon sakini Süleyman birgə yaşadıqları evdə arvadı Zəhra ilə (adlar şərtidir – red.) mübahisə edib.

Mübahisəyə səbəb Zəhranın ərindən gizlin olaraq mobil telefon işlətməsi və həmin mobil telefona şübhəli SMS gəlməsi olub.

Həmin mesajı görən Süleyman münaqişə zamanı əli ilə arvadının bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq, ona xəsarətlər yetirib.

Faktla bağlı Süleymanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs ona verilən ittiham üzrə özünü təqsirli bilib, O, ifadəsində göstərib ki, o, zərərçəkmiş şəxs ilə barışıb, ona dəymiş olan ziyanı ödəyib.

Zərərçəkmiş şəxs də ifadəsində əri ilə barışdığını təsdiqləyib. Ona qarşı heç bir şikayət və tələbi olmadığını deyib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

D
demokrat.az