Siyasət Özəl

Sakvarelidze: İvanişvili qorxur ki, Putin onun iqamətgahını "İsgəndər" raketi ilə vurar

Sakvarelidze: İvanişvili qorxur ki, Putin onun iqamətgahını İsgəndər raketi ilə vurar

"Gürcüstanın təhlükəsizlik zəmanəti kimi ABŞ hərbi birləşmələrinin öz ərazisində yerləşdirilməsini təmin etmək şansı var"

Demokrat.az xəbər verir ki, bunlarıUkrayna Baş prokurorunun keçmiş müavini David Sakvarelidze bildirib.

"Mən bir gürcü, bir vətənpərvər kimi fikir bildirmək istəyirəm. Gürcüstanın ABŞ ilə birbaşa hərbi müqavilə imzalamaq və Amerika qoşunlarını ölkədə yerləşdirmək üçün tarixi şansı var.

Sakvarelidze: İvanişvili qorxur ki, Putin onun iqamətgahını İsgəndər raketi ilə vurar

Onun sözlərinə görə, ABŞ çox güman ki, regionda öz logistikasını yenidən qurmağa başlayacaq.

"Birləşmiş Ştatlar nəhayət, bu və ya digər formada İranla yenidən toqquşmalı olacaq və Gürcüstan limanları, Gürcüstan ərazisi, Ermənistan ərazisi, hətta Azərbaycan da logistika mərkəzinə çevrilə bilər. Necə ki, Koreya və Vyetnam müharibələri zamanı Yaponiya ABŞ-ın əsas logistik mərkəzi olub və bu hal onun iqtisadi dirçəlişinə töhfə verib. Çoxları bunu bilmir, mən Yaponiyada oxuyanda bütün professorlarım izah edirdilər ki, Yaponiya müharibələr nəticəsində məhv edilib, lakin Koreya və Vyetnam müharibələri zamanı o, böyük bir qala və logistika mərkəzinə çevrildi və bu status onun bərpasına kömək etdi", - deyə David Sakvarelidze vurğulayıb.

Sakvarelidzenin fikrincə, Gürcüstan boyda bir ölkə üçün ABŞ ilə birbaşa müqavilə bağlamaq və Amerika hərbi birləşmələrinin yerləşdirilməsi sadəcə "arzu"dur, amma belə bir fürsəti əldən vermək tarixi səhv olardı.

"Gürcüstan kimi kiçik ölkə üçün ABŞ-la birbaşa müqavilə bağlamaq böyük fürsətdir. Bura Vaşinqtonla iqtisadi əməkdaşlıq və istehsalın ölkəyə köçürülməsi daxildir. Ən əsası isə Amerika hərbi bölmələrinin yerləşdirilməsi Rusiyanın yeni işğal planlarının qarşısını ala bilər. İndi bu imkan xoş bir xəyal kimi görünür. Lakin belə şansı əldən vermək tarixi səhv və böyük axmaqlıq olardı. İvanişvili, təbii ki, Putindən fiziki olaraq qorxduğu üçün bunu etməyəcək. O, başa düşür ki, məsələn, Şarl Mişel ona ballistik raket atmayacaq. Amma o, Putindən qorxur, düşünür ki, onun sarayını "İsgəndər" raketi ilə vura bilər və bununla da iş bitəcək. Ona görə də o, özünün birbaşa təhlükəsizliyini, eləcə də iqtisadi və maliyyə hesablamalarını əldə rəhbər tutaraq Rusiya ilə birbaşa qarşıdurmaya getmək istəmir", - deyə David Sakvarelidze bildirib.

Sakvarelidze: İvanişvili qorxur ki, Putin onun iqamətgahını İsgəndər raketi ilə vurar
Bioqrafik arayış:

David Sakvarelidze - Mixail Saakaşvilinin yaxın silahdaşı, Ukraynanın "Yeni Qüvvələr Hərəkatı" partiyasının liderlərindən biri (2016-cı ildən indiyədək), Ukrayna Baş prokurorunun müavini (16 fevral 2015-ci ildən 29 mart 2016-cı ilə qədər), Odessa vilayətinin prokuroru (2016-cı ildən 29 mart 2016-cı il tarixinə qədər) və eyni zamanda, Odessa vilayətinin prokuroru (2016-cı ildən indiyədək 2016-cı il 15 sentyabr tarixinə qədər) 2016).

Bundan əvvəl o, Gürcüstanın baş prokurorunun birinci müavini (2008-2012) olub, beş il ərzində Gürcüstan Ədliyyə Nazirliyinin məhkəmə departamentində müxtəlif rütbələrə yüksəlib. 2012-2015-ci illərdə Gürcüstan parlamentinin deputatı olub.

Alparslan

D
demokrat.az