Dünya

Yaponiyada 5,1 bal gücündə zəlzələ baş verib

Yaponiyada 5,1 bal gücündə zəlzələ baş verib

Yaponiyanın cənub-qərbində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Miyazaki prefekturasında, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

İlkin məlumatlara əsasən, təbii fəlakət nəticəsində ölən və ya xəsarət alan olmayıb, ciddi dağıntı qeydə alınmayıb.

Zəlzələdən sonra sunami təhlükəsi elan edilməyib.

Demokrat.az

D
demokrat.az