Avto Özəl

Avtomobildəki batıqları çıxarmağın pulsuz üsulu

Avtomobildəki batıqları çıxarmağın pulsuz üsulu

Avtomobil sahiblərinin ən çox qarşılaşdığı problemlərdən biri gözlənilmədən yaranan kiçik çöküklərdir. Dayanacaqda başqa avtomobilin qapısının dəyməsi, alış-veriş arabasının toxunması və ya xırda zərbələr kuzovda xoşagəlməz izlər buraxa bilər.

Demokrat.az xəbər verir ki, bəzi hallarda bu cür kiçik çökükləri bahalı təmirə ehtiyac olmadan aradan qaldırmaq mümkündür.

Sosial şəbəkələrdə və avtomobil həvəskarları arasında geniş yayılan üsullardan biri qaynar sudan istifadə edilməsidir. İddialara görə, plastik hissələrdə yaranan bəzi kiçik çöküklərin üzərinə qaynar su töküldükdən sonra həmin hissə ehtiyatla içəri tərəfdən itələnərək əvvəlki formasına qaytarıla bilər.

Bu metod daha çox plastik bamperlərdə yaranan yüngül deformasiyalar üçün tövsiyə olunur. Çünki istiliyin təsiri ilə plastik material daha elastik olur və formasını bərpa etməsi asanlaşır.

Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsul bütün çöküklər üçün uyğun deyil. Metal hissələrdəki zədələr, dərin əziklər və ya boya qatına zərər dəyən hallarda peşəkar təmirə ehtiyac yarana bilər.

Bundan başqa, qaynar su ilə işləyərkən ehtiyatlı olmaq vacibdir. Yanıq riski nəzərə alınmalı, həmçinin avtomobilin səthinə zərər verməmək üçün proses diqqətlə həyata keçirilməlidir.

Ekspertlərin fikrincə, üsul bəzi hallarda effektiv nəticə versə də, ciddi zədələr zamanı ən doğru seçim peşəkar ustaya müraciət etməkdir.

Jalə Demokrat.az

D
demokrat.az