Dünya

Türkiyənin müdafiə sənayesinin ixracı nə qədər artıb?

Türkiyənin müdafiə sənayesinin ixracı nə qədər artıb?

Türkiyə hökuməti hərbi təyinatlı məhsulların ixrac coğrafiyasını genişləndirmək sahəsində ciddi işləyir

Demokrat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Ərdoğan deyib.

Türkiyənin müdafiə və aviasiya sənayesi ixracatı yanvar-may aylarında təxminən 30% artaraq 3 milyard 863 milyon dollara çatıb.

"Son statistikaya görə, yanvar-may aylarında müdafiə və aviasiya ixracı 29% artaraq 3 milyard 863 milyon dollara çatıb. Əvvəllər hər il 248 milyon dollarlıq məhsul ixrac etdiyimiz halda, indi ayda 992 milyon dollarlıq məhsul ixrac edirik. Bu o deməkdir ki, bir il ərzində əldə etdiyimiz həcm indi bir həftədə əldə edilir", - deyə Ərdoğan cümə günü keçirilən ixracatçıları mükafatlandırma törənində bildirib.

Xatırladaq ki, Türkiyə şirkətləri hazırda hücumçu pilotsuz uçan aparatlar, zirehli maşınlar, dəniz gəmiləri, artilleriya sistemləri, dəqiq idarə olunan hərbi sursatlar, elektron döyüş sistemləri, raketlər və aviasiya texnikası kimi geniş çeşiddə məhsullar istehsal edir. Türkiyənin müdafiə məhsullarının ən böyük ixrac bazarları Yaxın Şərq, Avropa, Orta Asiya, Afrika və Cənubi Asiyadır.

Alparslan, Demokrat.az

D
demokrat.az