Sağlamlıq Özəl

Qocalmağı dayandıran ən güclü zülal mənbəyi

Qocalmağı dayandıran ən güclü zülal mənbəyi

Zülal sağlam yaşlanmada mühüm rol oynayır. Zülal ehtiyacını ödəməyə kömək edən çoxsaylı məhsullar olsa da, qızılbalıq yüksək keyfiyyətli zülal, omeqa-3 yağ turşuları və D vitamini ilə seçilir.

Demokrat.az xəbər verir ki, bu barədə "Verywell Health" nəşri dietoloqun rəylərinə istinadən yazıb.

Sağlam yaşlanma üçün ən yaxşı zülal mənbəyi hansıdır?

Qızılbalıq sağlam yaşlanma üçün ən optimal zülal mənbələrindən biri hesab olunur. Bu balıq yalnız yüksək qida dəyərinə deyil, həm də əvəzolunmaz yağ turşularına malikdir.

Materialda qeyd olunur ki, qızılbalıq tez-tez iltihabəleyhinə və Aralıq dənizi pəhrizlərinin tərkib hissəsi olur. Bu qidalanma modelləri sağlamlığa müsbət təsirlərinə görə daim ən faydalı qidalanma sistemləri sırasında göstərilir.

Niyə qızılbalıq sağlam yaşlanma üçün ən yaxşı zülal mənbəyidir?

Qızılbalığın qida tərkibi onu sağlam yaşlanma baxımından xüsusilə dəyərli edir. Bu balığın tərkibindəki omeqa-3 yağ turşuları və D vitamini ürək xəstəlikləri, idrak qabiliyyətlərinin zəifləməsi, sarkopeniya və osteoporoz kimi yaşla əlaqəli problemlərdən qorunmağa kömək edir.

Ürək sağlamlığı

Qızılbalıq istehlakı ürək-damar xəstəlikləri və insult riskinin azalması ilə əlaqələndirilir. Omeqa-3 yağ turşuları ilə zəngin balıqların qəbulu qanda triqliseridlərin səviyyəsini azaldır və ürək xəstəliyi olan insanlarda yüksək sıxlıqlı lipoproteinlərin hissəcik ölçüsünü artırır.

Beyin sağlamlığı

Qızılbalıq kimi yağlı balıqların müntəzəm istehlakı daha yaxşı idrak göstəriciləri, idrak qabiliyyətlərinin zəifləməsinin ləngiməsi və sinir sistemini qoruyan təsirlərlə əlaqələndirilir.

Əzələ sağlamlığı

“Araşdırmalar göstərir ki, qızılbalıq kimi yağlı balıqların müntəzəm istehlakı əzələ kütləsinin qorunmasına və sarkopeniyanın qarşısının alınmasına kömək edə bilər. Qızılbalığın tərkibində əzələ sağlamlığına təsir edən və onların düzgün fəaliyyəti üçün vacib olan omeqa-3 yağ turşuları, E vitamini və D vitamini mövcuddur. Balıq zülalı da mühüm rol oynayır. Bəzi tədqiqatlar göstərir ki, daha çox yağlı balıq qəbul edən insanlarda əzələ gücü daha yüksək ola bilər”, detyə materialda bildirilir.

Sümük sağlamlığı

Qida rasionunda omeqa-3 yağ turşularının daha çox olması osteoporoz riskinin azalması ilə əlaqələndirilir. Omeqa-3 yağ turşuları bağırsaqlarda kalsiumun mənimsənilməsini yaxşılaşdıraraq sümük sağlamlığını dəstəkləyir. Bundan əlavə, onların iltihabəleyhinə xüsusiyyətləri sümük toxumasında maddələr mübadiləsinə müsbət təsir göstərərək sümük kütləsinin itirilməsindən daha yaxşı qorunma təmin edir.

Jalə Demokrat.az

D
demokrat.az