Kriminal

Birgə əməliyyat: Bakıda gizlədilmiş "Kalaşnikov" ələ keçirildi — FOTO

Birgə əməliyyat: Bakıda gizlədilmiş Kalaşnikov ələ keçirildi — FOTO

Bakının Nərimanov rayonunda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb.

Bu barədəƏdliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən boş torpaq sahəsində basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı odlu silah, ona məxsus 1 ədəd daraq və 9 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Birgə əməliyyat: Bakıda gizlədilmiş Kalaşnikov ələ keçirildi — FOTO

Demokrat.az

D
demokrat.az